Modern.az

Azarkeşlər Almaniya Bundesliqasını meydanda izləyəcək

Azarkeşlər Almaniya Bundesliqasını meydanda izləyəcək

Aktual

1 Sentyabr 2020, 23:01

Almaniyanın "Leyptsiq" komandası Bundesliqada 2020/2021 mövümünün ilk turunda qarşılaşacağı "Maynts"la oyunu azarkeşlərin iştirakı ilə keçirəcək.

Modern.az  xəbər verir ki, bununla bağlı Leyptsiq Səhiyyə İdarəsinə edilən müraciət qəbul olunub.

Matça buraxılacaq 8 500 nəfər fanat püşkatma yolu ilə müəyyənləşdiriləcək. Həmin şəxslərin Saksoniya əyalətində qeydiyyatda olmaları əsas şərtlərdən biridir. Azarkeşlər tribunada maska taxacaqlar.

Qeyd edək ki, Almaniya çempionatı sentyabrın 18-də start götürəcək. "Leyptsiq" - "Maynts" oyunu sentyabrın 20-da olacaq.

Whatsapp
Bizə yazın!
Keçid et
ABŞ İrana qarşı HÜCUMA BAŞLADI - Paytaxt bombalanır - Xəbəriniz Var? - Media Turk TV