Modern.az

Anasını öldürmək istəyən gəncin məhkəməsi başladı

Anasını öldürmək istəyən gəncin məhkəməsi başladı

Aktual

5 Sentyabr 2020, 10:00

Bakı Ağır Cinayətlər Məhkəməsində Abşeron rayonunda anasını öldürməyə cəhddə təqsirləndirilən Nazim Nağıyevin cinayət işi üzrə məhkəmə prosesi başlayıb.

 

Modern.az-ın məlumatına görə, hakim İlham Mahmudovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib. Məhkəmə baxışı sentyabrın 8-ə təyin edilib. 

 

Qeyd edək ki, bu il  yanvarın 29-da Abşeron rayonu, Xırdalan şəhərində yerləşən yataqxanaların birində 1996-cı il təvəllüdlü Nazim Nağıyev şəxsi münasibətlər zəminində yaranmış mübahisə zamanı bıçaqla anası - 1965-ci il təvəllüdlü Səlmirə Nəqiyevaya bıçaqla çoxsaylı xəsarət yetirib. Qadın xəstəxanaya yerləşdirilib, onun həyatını xilas etmək mümkün olub. Hadisəni törədən N. Nağıyev saxlanılıb.

 

Ona Cinayət Məcəlləsinin 29, 120.1-ci (qəsdən adam öldürməyə cəhd) maddəsi ilə ittiham verilib. 

Telegram
Hadisələri anında izləyin!
Keçid et
ABŞ İrana qarşı HÜCUMA BAŞLADI - Paytaxt bombalanır - Xəbəriniz Var? - Media Turk TV