Modern.az

Kipr - Azərbaycan oyununun hakimləri bilindi

Kipr - Azərbaycan oyununun hakimləri bilindi

Aktual

5 Sentyabr 2020, 13:54

UEFA Millətlər Liqasının II turunda keçiriləcək Kipr - Azərbaycan oyunu üçün hakim təyinatları müəyyənləşib.

 

Modern.az UEFA-nın saytına istinadən xəbər verir ki, görüşü slovakiyalı hakimlər briqadası idarə edəcək.

 

Matçın baş hakimi Filip Qlova olacaq. Ona Peter Bednar və Frantişek Ferenç kömək edəcəklər. Dördüncü hakim funksiyasını isə Boris Marhefka yerinə yetirəcək.

 

Qeyd edək ki, sentyabrın 8-də baş tutacaq görüş Bakı vaxtı ilə saat 22:45-də start götürəcək.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
ABŞ İrana qarşı HÜCUMA BAŞLADI - Paytaxt bombalanır - Xəbəriniz Var? - Media Turk TV