Modern.az

Erməni hərbçilərin məzarları təhqir olundu

Erməni hərbçilərin məzarları təhqir olundu

Aktual

5 Sentyabr 2020, 14:24

2016-cı il aprel döyüşlərində ölən erməni hərbçilərin İrəvandakı məzarları təhqir olunub.

 

Modern.az xəbər verir ki, bu barədə aprel döyüşlərinin iştirakçısı Qrant Sarkisov "Facebook" səhifəsində məlumat paylaşıb.



O bildirib ki, naməlum şəxslər kapitan Armenak Urfanyan və kiçik serjant Robert Abacyanın İrəvandakı Erablur hərbi şöhrət panteonunda məzar daşlarını ləkələyib.



Bunun artıq ikinci dəfədir baş verdiyini deyən Sarkisov, məzar daşlarının yağla bulaşıldığını əlavə edib.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
İsrail qırıcıları İrana GİRİR - Şiddətli BOMBALANMA...