Modern.az

Ermənistanda hərbçilər qəzaya düşdü - 3 nəfər yaralandı

Ermənistanda hərbçilər qəzaya düşdü - 3 nəfər yaralandı

Aktual

5 Sentyabr 2020, 17:15

Ermənistanın Ararat vilayətində yol-nəqliyyat hadisəsi baş verib.

 

Modern.az “Novosti Armeniya”ya istinadən xəbər verir ki, qəza sentyabrın 5-də Yerevan-Yerasx avtomobil yolunda olub.

 

Yolun 28-ci kilometrliyində BMW, “ГАЗ 3308” və “Mercedes”in toqquşması nəticəsində 3 nəfər yaralanıb, BMW aşaraq dəmir arakəsməyə çarpılıb.

 

Bildirilib ki, “ГАЗ 3308” markalı avtomobil Ermənistan Müdafiə Nazirliyinin balansındadır. İlkin ehtimala görə, qəza onun sürücüsünün yol-hərəkət qaydasını pozması səbəbindən baş verib.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
ABŞ İrana qarşı HÜCUMA BAŞLADI - Paytaxt bombalanır - Xəbəriniz Var? - Media Turk TV