Modern.az

Minskdə tələbələr və müəllimlər etiraz aksiyası keçirdi, saxlanılanlar var

Minskdə tələbələr və müəllimlər etiraz aksiyası keçirdi, saxlanılanlar var

Aktual

5 Sentyabr 2020, 17:42

Belarusun paytaxtında Minsk Dövlət Linqvistik Universitetinin tələbə və müəllim heyətinin işitakı ilə etiraz aksiyası baş tutub.

 

Modern.az “TASS”a istinadən bildirir ki, orada 200-ə yaxın insan iştirak edib.

 

“Vesna” hüquq müdafiəsi mərkəzi aksiya zamanı hüquq-mühafizə orqanları əməkdaşları tərəfindən 26 tələbənin saxlanıldığını bildirib. Onlardan 25-i oğlan, 1-i isə qızdır.

 

Qeyd edək ki, Belarusda etirazlar 9 avqustda baş tutan prezident seçkilərindən sonra başlayıb. Aksiya iştirakçıları səsvermənin saxtalaşdırılmasına qarşı kütləvi etirazlar edirlər.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
ABŞ İrana qarşı HÜCUMA BAŞLADI - Paytaxt bombalanır - Xəbəriniz Var? - Media Turk TV