Modern.az

Azərbaycan Tank biatlonu müsabiqəsində dördüncü oldu - FOTO

Azərbaycan Tank biatlonu müsabiqəsində dördüncü oldu - FOTO

Aktual

5 Sentyabr 2020, 18:27

Rusiyada keçirilən Beynəlxalq Ordu oyunlarına yekun vurulub.

Modern.az xəbər verir ki, Moskva vilayətinin Alabino poliqonunda keçirilən Tank biatlonu müsabiqəsinin final mərhələsi baş tutub.

Finalda Rusiya, Çin və Belarus tankçıları ilə mübarizə aparan Azərbaycan hərbçiləri hədəfləri və maneələri dəf ediblər.

Azərbaycan tankçıları Tank biatlonu müsabiqəsində 16 ölkə arasında dördüncü yeri tutublar.

Turnirin qalibi isə daha güclü tankla mübarizə aparan Rusiya tankçıları olub. İkinci və üçüncü yerləri müvafiq olaraq Çin və Belarus tankçıları qazanıblar.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
ABŞ İrana qarşı HÜCUMA BAŞLADI - Paytaxt bombalanır - Xəbəriniz Var? - Media Turk TV