Modern.az

Almaniyadan Belarusa  sanksiya hədəsi

Almaniyadan Belarusa  sanksiya hədəsi

Aktual

5 Sentyabr 2020, 18:44

Belarus Prezidenti Aleksandr Lukaşenko Avropa İittifaqının tələblərinə reaksiya verməzsə, rəsmi Minskə qarşı əlavə sanksiyalar tətbiq ediləcək.

Modern.az "RİA Novosti"yə istinadən xəbər verir ki, bu barədə Almaniyanın Xarici İşlər naziri Hayko Maas açıqlama verib.


Nazirin sözlərinə görə, Lukaşenko dialoqa hazır olmalıdır: "Avropa İttifaqı olaraq, seçkiləri tanımırıq və hazırda tətbiq olunan sanksiyalar barədə qərar qəbul etdik. Lukaşenko tələbələrə reaksiya göstərməsə, əlavə sanksiyalar da olacaq. Ondan müxalifətlə danışıqlar aparmasını, yeni seçkilər keçirilməsini tələb edirəm".

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
İsrail Ərdoğanı hədəf aldı - Bizi sınağa çəkmə!