Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) Azərbaycanda koronavirusla bağlı avqustun 31-nə olan statistik göstəriciləri açıqlayıb.
Modern.az xəbər verir ki, məlumatda bu gün ərzində Azərbaycanda koronavirusla bağlı 7 179 test edildiyi bildirilib.
Qeyd olunub ki, ölkə ərazisində bu günə qədər 956 492 test aparılıb. İndiyədək 545 nəfər COVID-19-dan dünyasını dəyişib, 37 192 nəfər xəstəliyə qalib gəlib. Aktiv xəstə sayı 2 082 nəfərdir. Hazırda 131 nəfər reanimasiyada müalicə alır. 12 nəfər isə süni tənəffüs cihazına qoşulub.
Qeyd edək ki, bu gün Azərbaycanda 161 yoluxma, 146 sağalma faktı qeydə alınıb, 2 nəfər dünyasını dəyişib.