Futbol üzrə UEFA Millətlər Liqası çərçivəsində keçirilən Azərbaycan-Lüksemburq oyununu yekunlaşdı.
Modern.az xəbər verir ki, Azərbaycan millisi Lüksemburqa 1:2 hesabı ilə məğlub olub.
21:38
Azərbaycan millisi hesabda geri düşdü.
Modern.az xəbər verir ki, millimizin müdafiəçisinin əllə oyunundan sonra qapımıza penalti təyin olunub.
Lüksemburq bu şansdan yararlanaraq hesabı artırıb: 1-2
21:09
Azərbaycan-Lüksemburq oyununda hesab bərabərləşib.
Modern.az xəbər verir ki, oyunun 48-ci dəqiqəsində rəqib hesabı bərabərləşdirib.
Rəqibin hücumu zamanı Anton Krivotsyuk avtoqola imza atıb - 1:1.
20:42
Azərbaycan-Lüksemburq oyununda hesab açılıb.
Modern.az xəbər verir ki, azlıqda mübarizə aparmasına baxmayaraq, millimiz ilk hücumlarından birini qola çevirib.
Ramil Şeydayev oyunun 42-ci dəqiqəsində millimizi hesabda önə çıxarıb. 1:0
20:37
Azərbaycan-Lüksemburq oyununda komandamız azlıqda qalıb.
Modern.az xəbər verir ki, hakim qayda pozuntusuna görə millimizin oyunçusu Mahir Emreliyə qırmızı vərəqə verərək meydandan kənarlaşdırıb.
20:01
Futbol üzrə Azərbaycan millisi UEFA Millətlər Liqasının 2020/2021 mövsümündə mübarizəyə başlayıb.
Modern.az xəbər verir ki, Canni De Byazinin baş məşqçi olduğu kollektiv Bakı Olimpiya Stadionunda Lüksemburq seçməsini qəbul edir.
C liqasının I qrupunun digər matçında isə Kipr və Monteneqro yığmaları üz-üzə gəlirlər.