Modern.az

Türkiyədə koronavirusdan ölənlərin sayı 6 620-yə çatdı

Türkiyədə koronavirusdan ölənlərin sayı 6 620-yə çatdı

Aktual

5 Sentyabr 2020, 22:25

Türkiyədə son sutka ərzində daha 56 nəfər koronavirusdan ölüb.

 

Modern.az xəbər verir ki, bu barədə ölkənin səhiyyə naziri Fəxrəddin Qoca məlumat verib.

Nazir bildirib ki, bununla da ölkədə koronavirusdan ölənlərin ümumi sayı 6 620  nəfərə çatıb:

"Bu gün ölkədə  koronavirus testindən  keçən 99 497  nəfərdən 1 673-nün cavabı pozitiv çıxıb.  Bununla da ölkədə koronavirusa yoluxanların sayı  278 228  nəfərə çatıb.

Müalicə olunan  984  xəstə isə bu gün evə buraxılıb. Bununla da koronavirusdan sağalanların ümumi sayı 250 092  nəfər təşkil edir".

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Putindən kritik əmr! Raketlər sərhədə yığıldı - Yeni müharibə...