Serbiyanın paytaxtı Belqradda atışma baş verib.
Modern.az xəbər verir ki, bu barədə ölkənin milli RTS telekanalı məlumat verib.
Məlumata əsasən, atışma nəticəsində bir nəfər ölüb, biri isə yaralanıb. Atışma Vojdovats ərazisində baş verib. Naməlum bir nəfər hadisəni törətdikdən sonra olay yerindən qaçıb.
Polis həmin şəxsin tutulması istiqamətində axtarışa başlayıb.