Modern.az

Ermənistan da uduzdu

Ermənistan da uduzdu

Aktual

6 Sentyabr 2020, 10:10

Sentyabrın 5-də futbol üzrə UEFA Millətlər Liqasının 2020-2021-ci illər mövsümünün birinci turunun növbəti oyunları keçirilib.

 

Modern.az xəbər verir ki, turun üçüncü oyun günündə 9 qarşılaşma oynanılıb.

 

C liqasının 1-ci qrupunda yer alan Azərbaycan millisi turnirdə mübarizəyə məğlubiyyətlə başlayıb. Canni De Byazinin baş məşqçisi olduğu kollektiv Bakı Olimpiya Stadionunda Lüksemburq seçməsinə 1:2 hesabı ilə məğlub olub.

 

Bu qrupun digər oyununda Kipr millisi öz meydanında Monteneqro yığmasına 0:2 hesabı ilə məğlub olub.

 

A Liqasının 2-ci qrupunda İngiltərə səfərdə İslandiyanı minimal hesabla enib - 1:0. Danimarka seçməsi isə evdə Belçika komandasına uduzub – 0:2.

 

Günün digər görüşlərində aşağıdakı hesablar qeydə alınıb:

 

A liqası (3-cü qrup)

 

Portuqaliya - Xorvatiya - 4:1;

İsveç - Fransa - 0:1.

 

C liqası (2-ci qrup)

 

Şimali Makedoniya – Ermənistan - 2:1;

Estoniya – Gürcüstan - 0:1.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
ABŞ İrana qarşı HÜCUMA BAŞLADI - Paytaxt bombalanır - Xəbəriniz Var? - Media Turk TV