Qaxda minik avtomobili yük maşını ilə toqquşub.
Modern.az-ın məlumatına görə, hadisə şəhərin giriş hissəsində baş verib.
Belə ki, Agdaş rayon sakini 1987-ci il təvəllüdlü Şirinov Elvin Oqtay oğlunun idarə etdiyi "Ova" markalı ağır tonnajlı yük avtomobili ilə Qax rayon Qaratala kənd sakini 1991-ci il təvəllüdlü Qurban Məmmədovun idarə etdiyi "Mercedes" markalı minik avtomobili toqquşub.
Hadisə nəticəsində minik avtomobilində olan bir qadın müxtəlif bədən xəsarətləriylə Qax rayon mərkəzi xəstəxanasına aparılıb.
Faktla baglı araşdırma aparılır. (Qafqazinfo)