Modern.az

Millimizin futbolçusu ABŞ Liqasında növbəti qolunu vurdu

Millimizin futbolçusu ABŞ Liqasında növbəti qolunu vurdu

Aktual

6 Sentyabr 2020, 14:19

Azərbaycan yığmasının futbolçusu Rüfət Dadaşov ABŞ Milli Futbol Liqasında (USL) növbəti qolunu vurub. 

 

Modern.az-ın məlumatına görə, "Finiks Rayzinq" klubunda çıxış edən 29 yaşlı hücumçu bu dəfə "Las-Veqas Layts" komandası ilə səfər matçında fərqlənib. Meydana start heyətdə çıxan Dadaşov 90+5-ci dəqiqədə son nöqtəni qoyub - 2:0. Bu, təcrübəli forvardın USL-də 8-ci qolu olub. 

 

Hazırda "Finiks Rayzinq" 11 oyundan 23 xalla B qrupunda liderdir. 

 

Qeyd edək ki, Rüfət Dadaşov Azərbaycan yığmasının UEFA Millətlər Liqasında Lüksemburq və Kiprlə oyunlarına çağırılmayıb. 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
ABŞ İrana qarşı HÜCUMA BAŞLADI - Paytaxt bombalanır - Xəbəriniz Var? - Media Turk TV