Modern.az

Biləsuvarda 24 yaşlı qadını avtomobil vurdu

Biləsuvarda 24 yaşlı qadını avtomobil vurdu

Aktual

6 Sentyabr 2020, 15:49

Biləsuvarda yol-nəqliyyat hadisəsi baş verib.

 

Modern.az-ın məlumatına görə, hadisə Biləsuvar rayonunun Amankənd kəndi ərazisində  qeydə alınıb. Belə ki, kənd sakini Rauf Əliyev idarə etdiyi "VAZ 2107" markalı minik avtomobili ilə kənd ərazisində hərəkətdə olarkən, həmkəndlisi, 1996-cı il təvəllüdlü Ələkbərova Nuridə Sakit qızını vurub.

 

Yaralı qadın müxtəlif bədən xəsarətləri alıb və Biləsuvar rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Hazırda onun vəziyyəti ağır qiymətləndirilir.

 

Faktla bağlı araşdırma aparılır. (Report)

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
İsrail qırıcıları İrana GİRİR - Şiddətli BOMBALANMA...