Modern.az

Türkiyənin bu şəhərlərində koronavirusa yoluxma artdı

Türkiyənin bu şəhərlərində koronavirusa yoluxma artdı

Aktual

6 Sentyabr 2020, 20:59

Türkiyədə son sutka ərzində daha 53 nəfər koronavirusdan ölüb.


Modern.az xəbər verir ki, bu barədə ölkənin səhiyyə naziri Fəxrəddin Qoca məlumat verib.


Nazir bildirib ki, bununla da ölkədə koronavirusdan ölənlərin ümumi sayı 6 673  nəfərə çatıb:

"Bu gün ölkədə  koronavirus testindən  keçən 96 842  nəfərdən 1 578-nin cavabı pozitiv çıxıb.  Bununla da ölkədə koronavirusa yoluxanların sayı  279  806  nəfərə çatıb.
Müalicə olunan  1 013  xəstə isə bu gün evə buraxılıb. Bununla da koronavirusdan sağalanların ümumi sayı 251 105  nəfər təşkil edir".

Nazir bildirib ki, son həftədə sutkalıq xəstə sayı ən çox artan vilayətlər  Van, Karaman, Erzincan, Çankırı və Kayseridır. Ağır xəstə sayı ən çox artan vilayətlər  isə İstanbul, Ankara, Konya, Erzurum və Yozgatdır.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
ABŞ İrana qarşı HÜCUMA BAŞLADI - Paytaxt bombalanır - Xəbəriniz Var? - Media Turk TV