Modern.az

TURKPA koronavirusla mübarizəyə həsr edilən videokonfrans keçirəcək

TURKPA koronavirusla mübarizəyə həsr edilən videokonfrans keçirəcək

Aktual

6 Sentyabr 2020, 21:28

Sentyabrın 17-də Türkdilli Ölkələrin Parlament Assambleyasının  (TURKPA) üzv parlamentlərinin  Səhiyyə məsələləri üzrə komitə rəhbərlərinin “COVİD-19 pandemiyası: onun təsiri və gələcəyə baxış” mövzusunda videokonfrans formatında onlayn iclası keçiriləcək.

Modern.az xəbər verir ki, iclasda ölkəmizi Milli Məclisinin Səhiyyə Komitəsinin sədri və TÜRKPA-nın Ətraf mühit və Təbii Ehtiyatlar Komissiyasının sədri, akademik Əhliman Əmiraslanov təmsil edəcək. Əhliman Əmiraslanov ölkəmizdə koronavirusla mübarizədə görülən işlər və əldə edilən uğurlar haqqında iclas iştirakçılarına məlumat verəcək.

 

İclasın keçirilməsində əsas məqsəd, qlobal COVID-19 pandemiyasının üzv ölkələrə, xüsusən də səhiyyə sektoruna təsirini müzakirə etmək və müvafiq sahələrdə əməkdaşlıq metodlarını araşdırmaqdır. Bununla yanaşı, iştirakçılar üzv ölkələrdə koronavirus infeksiyası ilə mübarizə tədbirləri haqqında və Dayanıqlı İnkişaf Məqsədlərinə (DİM) çatmağın bir yolu kimi səhiyyə sistemlərinin dayanıqlılığını artırmaq üçün əməkdaşlıq yollarını müzakirə edəcəklər.

Whatsapp
Bizə yazın!
Keçid et
ABŞ İrana qarşı HÜCUMA BAŞLADI - Paytaxt bombalanır - Xəbəriniz Var? - Media Turk TV