Modern.az

Mahir Emreli millinin heyətindən kənarlaşdırıldı

Mahir Emreli millinin heyətindən kənarlaşdırıldı

Aktual

6 Sentyabr 2020, 22:44

Azərbaycan millisinin heyətində dəyişiklik edilib.

Modern.az xəbər verir ki, bu barədə AFFA məlumat yayıb.

 

Məlumata görə, Millətlər Liqasının qrup mərhələsində sentyabrın 5-də keçirilmiş Azərbaycan - Lüksemburq oyununda qırmızı vərəqə alan Mahir Emreli heyətdən çıxarılıb.

O, millimizin sentyabrın 8-də Kipr yığması ilə keçiriləcək səfər oyununa yollanan heyətdən kənarlaşdırılıb.

Qeyd edək ki, Azərbaycan millisi ötən gün Lüksemburqa 1:2 hesabı ilə uduzub.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Ukrayna aman vermir - Rusiya yenə bombalanır