Modern.az

Sumqayıtda yol qəzasında 7 nəfər yaralandı

Sumqayıtda yol qəzasında 7 nəfər yaralandı

Aktual

6 Sentyabr 2020, 23:09

Sumqayıtda ağır yol- nəqliyyat hadisəsi baş verib. Qəza şəhərin Sahil küçəsində qeydə alınıb.

Modern.az xəbər verir ki, "Mercedes” və “Hyundai” markalı minik avtomobillərinin toqquşması nəticəsində 7 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıblar.

Yaralılar: 1987-ci il təvəllüdlü Şəhriyar Abdulhüseyn oğlu Həsənov, həyat yoldaşı 1988-ci il təvəllüdlü Ülkər İmran qızı Həsənova və onların qızları 2013-cü il təvəllüdlü İnci Şəhriyar qızı Həsənova və 2017-ci il təvəllüdlü Ləman Şəhriyar qızı Həsənova, Rövşən Babək oğlu Əlizadə, Samir Baba oğlu Sahilzadə və Seymur Sadiq oğlu Quliyev Sumqayıt Şəhər Təcili Tibbi Yardım Xəstəxanasına çatdırılıb.

Faktla bağlı araşdırma aparılır.

Sizə yeni x var
Keçid et
ABŞ İrana qarşı HÜCUMA BAŞLADI - Paytaxt bombalanır - Xəbəriniz Var? - Media Turk TV