Modern.az

İranda zəlzələ olub - xəsarət alanlar var

İranda zəlzələ olub - xəsarət alanlar var

Aktual

7 Sentyabr 2020, 08:41

Bu gün səhər İranın Gülüstan əyalətinin Ramyan bölgəsində 5,1 bal gücündə zəlzələ baş verib. 

 

Modern.az xəbər verir ki, bu barədə İranın Tehran Universiteti Geofizika İnstitutunun Seysmologiya Mərkəzi məlumat yayıb. 

 

Zəlzələ 9 km dərinlikdə qeyd alınıb. İlkin məlumata görə, Gurçay və Veyru kəndlərində zəlzələ nəticəsində 10 nəfər xəsarət alıb. 

 

Çox sayda evə ziyan dəyib. Hadisə yerinə Qırmızı Aypara Cəmiyyətinin xilasediciləri cəlb olunub.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
İsrail Ərdoğanı hədəf aldı - Bizi sınağa çəkmə!