Modern.az

Türkiyə yenə şəhid verdi

Türkiyə yenə şəhid verdi

Aktual

7 Sentyabr 2020, 08:59

Türkiyə ordusunun bir hərbçisi şəhid olub.

 

Modern.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, bu barədə Türkiyə Müdafiə Nazirliyinin İctimaiyyətlə Əlaqələr Şöbəsindən yayılan açıqlamada bildirilib.

 

Qeyd olunub ki, Suriyanın İdlib bölgəsində terrorçulara edilən silahlı hücumda Türkiyə ordusunun quru qoşunları üzrə hərbi mütəxəssisi Serdar Aslan ağır yaralanıb. O, xəstəxanaya çatdırılsa da, həkimlərin cəhdlərinə baxmayaraq vəfat edib.

 

Türkiyə Müdafiə Naziri Hulusi Akar şəhidin yaxınlarına və Türkiyə xalqına başsağlığı verib.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
İsrail Ərdoğanı hədəf aldı - Bizi sınağa çəkmə!