Modern.az

Bakıda evdən 28 min manatlıq oğurluq edildi

Bakıda evdən 28 min manatlıq oğurluq edildi

Aktual

12 Sentyabr 2020, 14:00

Bakıda evdən oğurluq edən şəxs saxlanılıb.

 

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Modern.az-a verilən məlumata görə, Binəqədi Rayon Polis İdarəsi 5-ci Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində rayon ərazisindəki evlərin birindən içərisində 1000 manat, 4500 ABŞ dolları və 20000 manat dəyərində qızıl-zinət əşyaları olan seyfi oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş V.Allahverdiyev saxlanılıb.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
İrana dəhşətli zərbələr - Türkiyədə nələr razılaşdırılır?