Modern.az

Naftalanda uşaq bağçasının fəaliyyətə başlaması ilə bağlı hazırlıq işləri görülür - FOTO  

Naftalanda uşaq bağçasının fəaliyyətə başlaması ilə bağlı hazırlıq işləri görülür - FOTO  

Aktual

12 Sentyabr 2020, 14:14

Naftalan şəhərində V.Namazov adına 280 yerlik körpələr evi-uşaq bağçasında müvafiq sanitar-gigiyenik normalara və karantin rejiminin tələblərinə əməl edilməklə dezinfeksiya işləri aparılıb.

 

Modern.az xəbər verir ki, körpələr evi-uşaq bağçasının tərbiyəçiləri və texniki işçiləri bağçada və bağçanın həyətində geniş təmizlik, iməcilik, tibbi-profilaktik işlər görüb. İşçi heyət hazırkı şəraitdə işləmək qaydaları barədə təlimatlandırılıb. Müəssisənin mətbəxi, yataq, oyun və digər otaqları təmizlənib. Otaqların havalandırılması və təlimata uyğun dezinfeksiyası üçün tədbirlər həyata keçirilib.

 

Bundan əlavə bağça xüsusi dezinfeksiyaedici məhlullarla təmin olunub və məktəbəqədər müəssisə fəaliyyətə başladığı zaman onlar bağçanın girişinə qoyulacaq. Bağçanın daxilinə valideyinlərin girişinə icazə verilməyəcək. Bağçanın kollektivi COVİD-19-a qarşı testdən keçiriləcək.

 

Qeyd edək ki, müəssisə fəaliyyətə başladıqdan sonra karantin rejiminin tələblərinə uyğun şəkildə fəaliyyət göstərəcək.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
ABŞ İrana qarşı HÜCUMA BAŞLADI - Paytaxt bombalanır - Xəbəriniz Var? - Media Turk TV