Modern.az

Ağstafada 4 tondan çox çətənə kolu yandırıldı

Ağstafada 4 tondan çox çətənə kolu yandırıldı

Aktual

12 Sentyabr 2020, 16:27

Daxili işlər orqanlarının əməkdaşları yabanı halda bitən narkotik tərkibli bitkilərin aşkarlanaraq məhv edilməsi istiqamətində əməliyyat tədbirləri keçiriblər.

 

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Modern.az-a bildiriblər ki, Ağstafa Rayon Polis Şöbəsinin əməkdaşları rayonun Soyuq Bulaqlar qəsəbəsi ərazisində 1,2 hektar sahədə yabanı halda bitmiş və ümumi çəkisi 4 ton 230 kiloqram olan 4700 çətənə kolu aşkarlayıblar.

 

Çətənə kolları yandırılaraq məhv edilib.

Sizə yeni x var
Keçid et
ABŞ İrana qarşı HÜCUMA BAŞLADI - Paytaxt bombalanır - Xəbəriniz Var? - Media Turk TV