Modern.az

Süni tənəffüs aparatına qoşulan xəstələrin sayı AÇIQLANDI

Süni tənəffüs aparatına qoşulan xəstələrin sayı AÇIQLANDI

Aktual

12 Sentyabr 2020, 20:52

Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) Azərbaycanda koronavirusla bağlı sentyabrın 12-nə olan statistik göstəriciləri açıqlayıb.

Modern.az xəbər verir ki, məlumatda bu gün ərzində Azərbaycanda koronavirusla bağlı 7 351 test edildiyi bildirilib.

 

Qeyd olunub ki, ölkə ərazisində bu günə qədər  1 002 727  test aparılıb. İndiyədək  559  nəfər COVID-19-dan dünyasını dəyişib, 35 607  nəfər xəstəliyə qalib gəlib. Aktiv xəstə sayı 2 006 nəfərdir. Hazırda 123  nəfər reanimasiyada müalicə alır. 13  nəfər isə süni tənəffüs cihazına qoşulub.

Qeyd edək ki, bu gün Azərbaycanda 135  yoluxma, 167 sağalma faktı qeydə alınıb, 2 nəfər dünyasını dəyişib.

 

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
ABŞ İrana qarşı HÜCUMA BAŞLADI - Paytaxt bombalanır - Xəbəriniz Var? - Media Turk TV