Modern.az

Türkiyədə son sutkada daha 48 nəfər koronavirusdan öldü

Türkiyədə son sutkada daha 48 nəfər koronavirusdan öldü

Aktual

12 Sentyabr 2020, 21:22

Türkiyədə son sutka ərzində daha 48 nəfər koronavirusdan ölüb.

Modern.az xəbər verir ki, bu barədə ölkənin səhiyyə naziri Fəxrəddin Qoca məlumat verib.

Nazir bildirib ki, bununla da ölkədə koronavirusdan ölənlərin ümumi sayı 6 999  nəfərə çatıb:

"Bu gün ölkədə  koronavirus testindən  keçən 98 326  nəfərdən 1 509-nun cavabı pozitiv çıxıb.  Bununla da ölkədə koronavirusa yoluxanların sayı  289 635 nəfərə çatıb.

Müalicə olunan 1 207 xəstə isə bu gün evə buraxılıb. Bununla da koronavirusdan sağalanların ümumi sayı 257 731  nəfər təşkil edir".

Sizə yeni x var
Keçid et
ABŞ İrana qarşı HÜCUMA BAŞLADI - Paytaxt bombalanır - Xəbəriniz Var? - Media Turk TV