Modern.az

Bakıda kişi qonşusunu bıçaqladı

Bakıda kişi qonşusunu bıçaqladı

Aktual

12 Sentyabr 2020, 22:08

Bakıda bıçaqlanma hadisəsi baş verib.

Modern.az  xəbər verir ki, hadisə Qaradağ rayonunda qeydə alınıb.

Qobustan qəsəbəsində 1970-ci il təvəllüdlü Ramazanov Mehman Məhyəddin oğlu mübahisə zəminində qonşusu tərəfindən bıçaqlanıb. O, təcili yardımın köməyi ilə xəstəxanaya çatdırılıb. Müayinə zamanı M.Ramazanovun sol qolunda və bel nahiyəsində iki bıçaq yarası aşkarlanıb.

Faktla bağlı araşdırma aparılır.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
İsrail Ərdoğanı hədəf aldı - Bizi sınağa çəkmə!