Modern.az

ABŞ-ın tankları Belarus sərhədində

ABŞ-ın tankları Belarus sərhədində

Aktual

12 Sentyabr 2020, 22:26

Belarus sərhədinə ABŞ-ın tank taboru yerləşdirilib.

Modern.az xəbər verir ki, bu sözləri Belarus Müdafiə naziri Viktor Xrenin deyib. O bildirib ki, Belarus sərhədinin 15 kilometrliyində yerləşən Litva poliqonunda NATO əməliyyatı başlayıb:

“ABŞ-ın 69-cu tank alayının 2-ci tank taboru bizim dövlət sərhədimizin 15 kilometrliyindədir. Bu qədər yaxınlıqda 500 əsgər, 29 tank və 43 “Bradlet” zirehli maşınının cəmləşməsi bizi narahat etməyə bilməz”.

O, həmçinin, Belarus sərhədi yaxınlığında B-52 bombardmançısının uçuşundan da harahat olduqlarını qeyd edib.

Qeyd edək ki, ötən həftə ABŞ Litva ilə birgə təlim keçiriləcəyini, tankların isə Polşadan göndəriləcəyini açıqlamışdı. Bu təlimlərin 3-cü ölkəyə, o cümlədən Belarusa qarşı olmadığı da xüsusi vurğulanmışdı.

Sizə yeni x var
Keçid et
ABŞ İrana qarşı HÜCUMA BAŞLADI - Paytaxt bombalanır - Xəbəriniz Var? - Media Turk TV