120 saylı Cəbrayıl-Qibadlı seçki dairəsinin deputatı Ceyhun Məmmədovun təşəbbüsü və Cəbrayıl Rayon Təhsil şöbəsinin təşkilatçılığı ilə bu il ali təhsil müəssisələrinə keçirilmiş qəbul imtahanlarında bütün qruplar üzrə yüksək bal toplamış abituriyentlərlə videokonfrans formatında görüş keçirilib.
Modern.az-ın məlumatına görə, deputat Ceyhun Məmmmədov yüksək nəticə əldə edən abituriyentləri, onların valideynlərini, müəllimlərini təbrik edərək, gənclərə gələcək həyatlarında daha böyük uğurlar diləyib.
“Sizə ölkəmizdə cənab Prezident tərəfindən uğurla həyata keçirilən gənclər siyasətinin aktiv iştirakçısı olmağı və ölkəmizin inkişafı, parlaq gələcəyi naminə əzmkarlıqla çalışmağı diləyirik. Sizin kimi gənclərimizin uğurları rayonumuz, ümumilikdə ölkəmiz üçün qürurverici haldır. Məhz bu cür gənclərimizin sayəsində böyük uğurlar və nailiyyətlər əldə edəcəyimizə inamımız böyükdür”,-deyə millət vəkili videokonfransda bildirib.
Videokonfransda Cəbrayıl Rayon Təhsil şöbəsinin müdiri Zamiq Qurbanov da yüksək bal toplamış abituriyentlərə gələcək təhsil illərində uğurlar arzulayıb.
Tədbirdə aşağıdakı abituriyentlər iştirak edib:
Alışzadə Röyalə (C.Əhmədov adına şəhər tam orta məktəbi 664,2);
Səmədov Rahil ( İ.Quliyev ad. Böyük Mərcanlı kənd tam orta məktəb 606);
Alıyeva Afaq (Akad. M. Mehdizadə adına şəhər tam orta məktəbi 617.9);
Yusifli Səma (Akad. M. Mehdizadə adına şəhər tam orta məktəbi 654.4);
Əzizli Aynur (Ə.Veysəlov adına Sirik kənd tam orta məktəbi 660);
Rzayev Bəhruz (Ə.Veysəlov adına Sirik kənd tam orta məktəbi 640);
Süleymanov Elmar (Ə.Veysəlov adına Sirik kənd tam orta məktəbi 638);
Əsgərli Elmxan (Ə.Veysəlov adına Sirik kənd tam orta məktəbi 611);
Hüseynzadə Sərfinaz (Milli qəhrəman V.Hüseynov adına Daşkəsən kənd tam orta məktəb 632.4) və digərləri...