Modern.az

Kürdəmirdə 22 yaşlı qadın özünü avtomobildən atdı

Kürdəmirdə 22 yaşlı qadın özünü avtomobildən atdı

Aktual

13 Sentyabr 2020, 12:59

Kürdəmirdə 22 yaşlı qadın özünü avtomobildən atıb.

 

Modern.az-ın məlumatına görə, rayonun Şıxımlı kənd sakini, 1998-ci il təvəllüdlü Şükürova Ayşən Aqil qızı 1993-cü il təvəllüdlü Xırdapay kənd sakini İbadov Əsəd Füzuli oğlu ilə avtomobildə aralarında yaranan mübahisə zamanı özünü nəqliyyat vasitəsindən atıb.

 

Ağır xəsarətlər alan qadın Kürdəmir Rayon Mərkəzi Xəstəxanasına, daha sonra isə Bakı şəhərində yerləşən xəstəxanalardan birinə aparılıb.

 

Faktla bağlı araşdırma aparılır.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Sərhədimizdə yeni gərginlik - Müharibə hazırlığı başladı