Modern.az

Uber taksi xidməti elektromobillərdən istifadəyə keçəcək  

Uber taksi xidməti elektromobillərdən istifadəyə keçəcək  

Aktual

13 Sentyabr 2020, 15:15

Uber beynəlxalq taksi aqreqatoru İspaniyadakı sürücülərini 2025-ci ilədək elektromobillərə keçirməyi planlaşdırır.

 

Modern.az xəbər verir ki, kompaniya bu məqsədlə “Renault” və “Nissan” şirkətləri, həmçinin “General Motors” korporasiyası ilə qarşılıqlı anlaşma memorandumu imzalayıb. Uber mayın 2-dən etibarən ilk dəfə olaraq Avropada, o cümlədən Hollandiya, Fransa, Böyük Britaniya, Belçika, İspaniya və Portuqaliyada fəaliyyət göstərəcək.

 

Layihədə “Renault” və “Nissan” elektromobilləri iştirak edəcək. Bu elektromobillərə keçmək istəyən sürücülər maliyyə cəhətdən stimullaşdırılacaq.

 

ABŞ-da Uber taksi sürücülərinə “Chevrolet Bolt” elektromobillərini təklif edəcək. Həmin elektromobillərin şarj cihazlarına da güzəşt olunacaq. Bundan əvvəl belə güzəşt yalnız “General Motors” şirkətinin əməkdaşları üçün nəzərdə tutulurdu.

Sizə yeni x var
Keçid et
Putindən kritik əmr! Raketlər sərhədə yığıldı - Yeni müharibə...