Modern.az

"Qəbələ" səfərdə böyük hesabla məğlub olub

Aktual

13 Sentyabr 2020, 21:09

Bu gün Azərbaycan Premyer Liqasında II tura yekun vurulub.

Modern.az xəbər verir ki, "Sabah" "Bank Respublika Arena"da "Qəbələ"ni qəbul edib. Görüş meydan sahiblərinin 3:0 hesablı qələbəsi ilə başa çatıb.

Bu qələbədən sonra ilk xallarını qazanan "Sabah" 4-cü pilləyə yüksəlib. 1 xalı olan "Qəbələ" isə 7-ci sıraya geriləyib.

Qeyd edək ki, turun digər matçlarında "Sumqayıt" "Neftçi"ni 2:0, "Zirə" "Səbail"i 2:1 hesabı ilə məğlub edib. "Qarabağ" isə "Keşlə" ilə oyunda qolsuz bərabərliyə razı olub.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
ABŞ İrana qarşı HÜCUMA BAŞLADI - Paytaxt bombalanır - Xəbəriniz Var? - Media Turk TV