Türkiyədə son sutka ərzində daha 57 nəfər koronavirusdan ölüb.
Modern.az xəbər verir ki, bu barədə ölkənin səhiyyə naziri Fəxrəddin Qoca məlumat verib.
Nazir bildirib ki, bununla da ölkədə koronavirusdan ölənlərin ümumi sayı 7 056 nəfərə çatıb:
"Bu gün ölkədə koronavirus testindən keçən 96 097 nəfərdən 1 527-nin cavabı pozitiv çıxıb. Bununla da ölkədə koronavirusa yoluxanların sayı 291 162 nəfərə çatıb.
Müalicə olunan 1 102 xəstə isə bu gün evə buraxılıb. Bununla da koronavirusdan sağalanların ümumi sayı 258 833 nəfər təşkil edir".