Modern.az

Astarada gəlin qaynatasını bıçaqlayıb

Astarada gəlin qaynatasını bıçaqlayıb

Aktual

13 Sentyabr 2020, 23:51

Astara rayonunda bıçaqlanma hadisəsi baş verib.

Modern.az "Report"a istinadən xəbər verir ki, hadisə rayonun Maşxan kəndində baş verib.

Belə ki, kənd sakini 1960-cı il təvəllüdlü Nadir Mirzəmməd oğlu Axundov əslən Şahağaçı kəndindən olan gəlini 1995-ci il təvəllüdlü Aysel Kazım qızı Axundova tərəfindən bıçaqlanıb. Yaralı Lənkəran Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Sol kürək nahiyəsinin kəsilmiş-deşilmiş yarası diaqnozu qoyulan N.Axundov əməliyyat olunub.

Faktla bağlı araşdırma aparılır.

Sizə yeni x var
Keçid et
ABŞ İrana qarşı HÜCUMA BAŞLADI - Paytaxt bombalanır - Xəbəriniz Var? - Media Turk TV