Modern.az

Daha 350 nəfər Gürcüstandan Azərbaycana təxliyə edilir

Daha 350 nəfər Gürcüstandan Azərbaycana təxliyə edilir

Aktual

14 Sentyabr 2020, 09:15

Xarici ölkələrdəki Azərbaycan vətəndaşların ölkəyə gətirilməsi davam etdirilir.

 

Modern.az-ın məlumatına görə, bu gün Gürcüstandan daha 350 nəfərin ölkəyə gətirilməsinə başlanıb. Onlardan 97-si Azərbaycan, 245-i Gürcüstan, 4-ü Rusiya, 2-si Qazaxıstan, 1-i Türkiytə, 1 nəfəri isə Ukrayna vətəndaşıdır.

 

Təxliyyə olunanlar artıq Gürcüstanda koronavirusa qarşı testlərdən keçiblər. COVİD-19 virusu aşkarlanmayan şəxslərə 48 saat müddətində qüvvədə olacaq arayışlar verilib. Həmin şəxslər Azərbaycanın Gürcüstandakı Səfirliyinin qarşısından xüsusi marşrutlarla "Qırmızı keçid" Sərhəd Keçid Məntəqəsinə gətirilib.

Sizə yeni x var
Keçid et
İrana dəhşətli zərbələr - Türkiyədə nələr razılaşdırılır?