Goranboy şəhərinin daha bir küçəsi - Rəhman Əliyev küçəsi yenidən qurulur.
Modern.az xəbər verir ki, Goranboy rayon İcra Hakimiyyətinin başçısı Məhərrəm Quliyev və Milli Məclisin deputatı Anar Məmmədov Goranboy şəhərinin Rəhman Əliyev küçəsində aparılan tikinti və yenidənqurma işləri ilə yerində tanış olublar.
Ümumi uzunluğu 650 metr olan küçənin hər iki tərəfinə bardürlər düzülür, səkilər salınır, 21 ədəd müasir tipli işıq dirəklərinin quraşdırılması və təmir-bərpa işləri başa çatdıqdan sonra küçənin yenidən asfaltlaşdırılması nəzərdə tutulub.
İcra başçısı və deputat bir qrup şəhər sakinləri ilə görüşüb, onların problemləri ilə maraqlanıb.