Modern.az

Deputat yüksək bal toplayan abituriyentə hədiyyə verdi - FOTO

Deputat yüksək bal toplayan abituriyentə hədiyyə verdi - FOTO

Aktual

14 Sentyabr 2020, 16:51

Sabunçu rayon Nardaran qəsəbəsində yerləşən 295 №-li məktəbin məzunu Məlikov Nurlan Şirinbala oğlunu qəbul imtahanlarında yüksək nəticə göstərərək 638 bal toplayıb.

 

Modern.az xəbər verir ki, bu münasibətlə 28 saylı Sabunçu üçüncü seçki dairəsindən Milli Məclisin deputatı Eldar Quliyev yüksək nəticə göstərən Nurlan Məlikovu təbrik edib və ona noutbuk hədiyyə edib.

 

Qeyd edək ki, yüksək bal toplayan məzunla görüşdə deputatın köməkçiləri, məktəbin direktoru Dilarə Cəbrayılova və digər müəllimlər iştirak ediblər.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Putindən kritik əmr! Raketlər sərhədə yığıldı - Yeni müharibə...