Modern.az

İspaniyada koronavirus vaksininin kliniki sınaqları başlayıb

İspaniyada koronavirus vaksininin kliniki sınaqları başlayıb

Aktual

14 Sentyabr 2020, 18:15

İspaniyada koronavirus vaksininin kliniki sınaqları başlayıb.

 

Modern.az-ın məlumatına görə, Santander şəhərində xəstəxanaların birində “Johnson & Johnson” şirkətinin hazırladığı vaksin sınaqdan keçirilir.

Sabahdan etibarən isə sınaqlar paytaxt Madriddə başlayacaq. Sınaqlarda iki yaş qrupuna bölünmüş (18-55 və 65 yaşdan yuxarı) 190 könüllü iştirak edəcək.

 

Sınaqların ilk iki mərhələsinin 6 ayadək müddət ərzində keçirilməsi planlaşdırılır.

İspaniyadan başqa həmin vaksin Belçika və Almaniyada da sınaqdan keçiriləcək. Bu prosesdə ümumilikdə 550 könüllü iştirak edəcək.

 

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Sərhədimizdə yeni gərginlik - Müharibə hazırlığı başladı