Modern.az

Bu ölkədə polisə qarşı etirazlar genişlənib

Bu ölkədə polisə qarşı etirazlar genişlənib

Aktual

14 Sentyabr 2020, 19:13

ABŞ-ın Pensilvaniya ştatında 27 yaşlı Rikardo Munyos adlı şəxsin polis tərəfindən öldürülməsinə etiraz olaraq növbəti aksiya başlayıb.

 

Modern.az-ın məlumatına görə, etiraz aksiyası ştatın Lankaster şəhərində keçirilib. Polis idarəsinin binası yaxınlığına toplanan etirazçılara qarşı gözyaşardıcı qazdan istifadə olunub.

Qeyd olunur ki, R.Munyosun öldürülməsi ilə bağlı insident sentyabrın 13-də baş verib. Həmin şəxsi qətlə yetirən polis müvəqqəti vəzifədən kənarlaşdırılıb.

 

Xatırladaq ki, son bir neçə ay ərzində ABŞ-ın bir neşə ştatında polis zorakılığına qarşı etiraz aksiyaları davam edir.

 

Whatsapp
Bizə yazın!
Keçid et
ABŞ İrana qarşı HÜCUMA BAŞLADI - Paytaxt bombalanır - Xəbəriniz Var? - Media Turk TV