Modern.az

Türkiyənin ən böyük virtual Qastronomiya festivalı keçirilib - FOTO

Türkiyənin ən böyük virtual Qastronomiya festivalı keçirilib - FOTO

Aktual

14 Sentyabr 2020, 20:29

Türkiyənin ən böyük virtual Qastronomiya festivalı keçirilib.

 

Modern.az xəbər verir ki, BMT-nin Təhsil, Elm və Mədəniyyət Təşkilatı - UNESCO-nun hazırladığı 116 şəhərdəki qastronomiya sahəsində yaradıcı şəhərlər siyahısında (UCCN) Türkiyəni Qaziantep şəhəri təmsil edir. Buna görə də ölkənin ən böyük virtual qastronomiya festivalı məhz bu şəhərdə keçirilib.


Günəşdən, torpaqdan və tarixdən insanlığa qalan yerli ləzzəti dünyaya tanıtmaq məqsədi ilə təşkil edilən 3-cü "QastroAntep Yığım Günləri", Antep fıstığı və şire (üzüm nektarı ilə hazırlanan məhsullar) təqdimatı ilə Batalhöyük bölgəsində başladı.
 

Bu il dünyanın ən əhəmiyyətli qastronomiya mərkəzlərindən birinə çevrilmək məqsədi ilə yeni formatda təşkil edilən festival onlayn olaraq tanıdıldı.  Məşhur aşpazların iştirakı ilə hazırlanan məhsullar "QastroAntep"in sosial media hesabları və Qaziantep Böyükşəhər Bələdiyyəsinin rəsmi saytında canlı yayımlandı.

Məşhur türk aşpazların qatıldığı maraqlı seminarlara isə internet üzərindən maraq göstərənlərin sayı xeyli çox oldu.

Qeyd edək ki, bu il üçüncü dəfə təşkil edilən Beynəlxalq QastroAntep Festivalı Qaziantep Böyükşəhər Bələdiyyəsinin, Qaziantep Valiliyinin koordinasiyası, Gaziantep İnkişaf Vəqfi (GAGEV) və İpəkyolu İnkişaf Agentliyi (İKA) ilə birlikdə təqdim olundu.

 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
ABŞ İrana qarşı HÜCUMA BAŞLADI - Paytaxt bombalanır - Xəbəriniz Var? - Media Turk TV