"Ölkəmizdə pandemiya ilə bağlı təmsil etdiyim Bərdə rayonunda sərt karantin rejimi yumşaldıqdan sonra seçicilərimlə doğma Bərdədə görüşməyə qərar verdim. Pandemiya səbəbindən görüşlərimiz onlayn şəkildə davam etsə də, müəyyən məsələlərlə yerində maraqlanmağı arzulayırdıq".
Modern.az xəbər verir ki, bu fikirləri millət vəkili Fatma Yıldırım bildirib.
F.Yıldırım qeyd edib ki, sentyabrın 12-də Bərdə şəhərində Yeni Azərbaycan Partiyasının inzibati binasında seçicilərlə görüşüb:
"Qəbul zamanı vətəndaşlarla tək-tək görüşüb, problemlərini dinləyib, müraciətləri qeydə aldıq. Ümumilikdə, görüşümüz çox səmərəli keçdi və vətəndaşlar tərəfindən qaldırılan məsələlər mütləq müvafiq icra orqanlarına yönəldiləcəkdir".
"Əziz bərdəlilər!
Söz verdiyimiz kimi, sizin problemlərinizlə yaxından maraqlanmağa davam edəcəyik və bunu özümüzə borc bilirik. Qanun çərçivəsində və deputat səlahiyyətlərim daxilində bu problemlərin həllinə nail olmaq üçün var gücümüzlə çalışacağıq.
Qeyd edim ki, Bərdə səfərimiz zamanı həyata keçirilən görüşlər, ziyarətlər barədə sizlərə məlumat verməyə davam edəcəyik",- deyə deputat qeyd edib.