Modern.az

Paytaxtda koronavirusdan ölənlərin sayı 5 mini ötüb

Paytaxtda koronavirusdan ölənlərin sayı 5 mini ötüb

Aktual

15 Sentyabr 2020, 00:28

Rusiyanın paytaxtı Moskvada yeni növ koronavirusdan ölənlərin sayı 5 min nəfəri ötüb.

Modern.az xəbər verir ki, bu barədə Moskvada koronavirusla əlaqəli vəziyyətin monitorinqi üzrə operativ qərargahdan bildiriblər.

Məlumatda bildirilir ki, Moskvada pnevmoniya diaqnozu qoyulan və koronavirus infeksiyası aşkarlanan 13 xəstə dünyasını dəyişib.

Qeyd edək ki, ümumilikdə Moskvada koronavirusdan ölənlərin sayı 5 006 nəfərə çatıb.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
İsrail qırıcıları İrana GİRİR - Şiddətli BOMBALANMA...