Modern.az

Cəhalət kimi təhlükəyə qalıb gələn müəllimin yenə bilməyəcəyi virus yoxdur...

Cəhalət kimi təhlükəyə qalıb gələn müəllimin yenə bilməyəcəyi virus yoxdur...

Aktual

15 Sentyabr 2020, 09:00

Müəyyən tərəddüdlər olsa da, Azərbaycan müəllimi, Azərbaycan təhsili yenə qərarlıdır.
Cəmiyyətin yolgöstərəni olan müəllim yenə öndədir. Yenə yol göstərir, iradə ortaya qoyur. Virusa qarşı mübarizənin önündədir. Bütün risklərə və ehtimallara rəğmən yolumuza işıq tutur.
Müəllim əslində hər zaman virusa qarşı mübarizə aparıb. Cəhalət qədər təhlükəli virusa qalıb gələn müəllimin yenə bilməyəcəyi virus yoxdur...

Hər birimiz üçün öndə gedən, missiyasına sadiq müəllimlərə dəstək olmaq cəhalət və xəstəlik virusuna qarşı bir olmaq, bir ola bilmək, eyni zamanda BİLMƏK deməkdir. BİR olaq, öndə olanlardan BİRİ olaq.

Yeni dərs ilinin sınaqlarla yanaşı, yeni imkanlar ili olacağına heç bir şübhə yoxdur. Obyektiv vəziyyətin yaratdığı bu zərurəti bütün təhsil iştirakçılarının yeni bacarıq və vərdişlərə yiyələnməsi naminə fürsətə çevirmək üçün həqiqi həmrəylik göstərməyimiz qaçılmazdır...

Yeni dərs iliniz mübarək olsun!

Bəşarət Məmmədov

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
ABŞ İrana qarşı HÜCUMA BAŞLADI - Paytaxt bombalanır - Xəbəriniz Var? - Media Turk TV