Modern.az

İcra başçısı AİBA prezidentliyinə namizəd oldu

İcra başçısı AİBA prezidentliyinə namizəd oldu

Aktual

15 Sentyabr 2020, 10:26

Azərbaycan Boks Federasiyasının (ABF) vitse-prezidenti Süleyman Mikayılov Beynəlxalq Həvəskar Boks Assosiasiyasının (AİBA) prezidentliyinə namizəd olub. 

 

Bu barədə Modern.az-a boks federasiyasının mətbuat xidmətindən məlumat daxil olub. 

 

Bildirilir ki, dekabrın 12-13-də AİBA-nın növbədənkənar konqresi keçiriləcək. Orada beynəlxalq qurumun yeni rəhbərinin adına aydınlıq gələcək. Mikayəılov da prezidentliyə əsas namizədlərdən biridir. 

 

Qeyd edək ki, 2019-cu ilin martında özbəkistanlı Qafur Rəhimovun prezident vəzifəsindən ayrılmasından sonra AİBA-ya müvəqqəti olaraq mərakeşli Mohamed Mustasan rəhbərlik edir.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
ABŞ İrana qarşı HÜCUMA BAŞLADI - Paytaxt bombalanır - Xəbəriniz Var? - Media Turk TV