Modern.az

Tramp Həbibi dünyanın ən güclü döyüşçüsü adlandırdı

Tramp Həbibi dünyanın ən güclü döyüşçüsü adlandırdı

Aktual

15 Sentyabr 2020, 10:48

ABŞ prezidenti Donald Tramp Mütləq Döyüş Çempionatının (UFC) yüngül çəkidə rusiyalı kəmər sahibi Həbib Nurməhəmmədovu dünyanın ən güclü MMA döyüşçüsü adlandırıb. 

 

Modern.az-ın məlumatına görə, bu barədə Tramp Nurməhəmmədovun oktyabrda ABŞ təmsilçisi Castin Geyci ilə qarşılaşması barədə danışarkən açıqlama verib.

 

ABŞ prezidenti bu görüşə baxacağını bildirib: "Geyci çəki dərəcələrindən asılı olmayaraq dünyanın reytinqdə bir nömrəli döyüşçüsünə qarşı möhtəşəm qarşılaşmaya çıxacaq. O, rəqibini nakauta salacağını söylədi. Döyüş prezident seçkilərindən əvvəl olacaq, amma izləmək fikrindəyik. İnanılmaz mübarizə olacaq". 

 

Qeyd edək ki, Həbib Nurməhəmmədov və Castin Geyci arasındakı görüş oktyabrın 24-də Birləşmiş Ərəb Əmirliklərinin paytaxtı Abu Dabidə UFC-254 turniri zamanı gerçəkləşəcək.

Whatsapp
Bizə yazın!
Keçid et
ABŞ İrana qarşı HÜCUMA BAŞLADI - Paytaxt bombalanır - Xəbəriniz Var? - Media Turk TV