Modern.az

LDU-da yeni tədris ilinin başlanması onlayn qeyd edildi  

LDU-da yeni tədris ilinin başlanması onlayn qeyd edildi  

Aktual

15 Sentyabr 2020, 11:33

Lənkəran Dövlət Universitetində (LDU) -da yeni -202/2021-ci tədris ilinin başlanması münasibətilə tədbir keçirilib.

 

Modern.az xəbər verir ki, onlayn formatda keçirilən tədbirə universitetin professor-müəllim heyətinin təmsilçiləri, dekan, kafedra müdirləri,Tələbə Elmi Cəmiyyətinin, Tələbə Həmkarlar Təşkilatının, Tələbə Gənclər Təşkilatının   rəsmiləri, fəal tələbələr qatılıblar.

 

Tədbiri universitetin rektoru vəzifəsini icra edən professor Natiq İbrahimov açıb və yeni tədris ilinin başlanması münasibəti ilə LDU-nun  bütün kollektivini, tələbə müəllim heyətini təbrik edərək uğurlar arzulayıb.

Universitet rəsmisi cari tədris ilinin xüsusi karantin rejimində başladığını, koronavirus pandemiyasının-KOVİD-19-un tədris prosesinin normal qaydada təşkilinə əngəl yaratdığını deyib  və  bu çətinliklərin aradan qaldırılması istiqamətində Respublika Təhsil Nazirliyinin apardığı çoxşaxəli fəaliyyətdən, LDU-da bu istiqamətdə atılan addımlardan  söz açıb. N.İbrahimov əmin olduğunu bildirib ki, universitet kollektivi bir araya gələrək bütün çətinliklərin öhdəsindən bacarıqla gələcək, yeni tədris ilində yeni  təhsil uğurlarına imza atacaq. Professor Natiq İbrahimov  LDU-da yeni tədrisl ilində həyata keçiriləcək yeni layihələrdən –yeni tədris binasının, tələbə yataqxanasının, müəllimlər üçün xidməti mənzillərin inşasından, universitetin Elmi kitabxanasının əsaslı təmirindən  və s. barədə danışıb, müəllim və tələbələrin birgə  fəaliyyətlərinin uğurun təminatçısı olduğunu xüsusi vurğulayıb.

 

Onlayn tədbirdə çıxış edən müəllim və tələbələr təbriklərini dilə gətirərək  arzu və istəklərini ifadə ediblər, LDU-nun nüfuz və şərəfinin, təhsil uğurlarının yüksəldilməsi yolunda bundan sonra da yorulmadan çalışacaqlarını bildiriblər.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
ABŞ İrana qarşı HÜCUMA BAŞLADI - Paytaxt bombalanır - Xəbəriniz Var? - Media Turk TV