Modern.az

Millət vəkili seçicilərinə 6 ayın hesabatını verdi

Millət vəkili seçicilərinə 6 ayın hesabatını verdi

Aktual

15 Sentyabr 2020, 11:42

120 saylı Cəbrayıl-Qubadlı seçki dairəsinin deputatı Ceyhun Məmmədov seçicilərinə 2020-ci ilin mart-avqust aylarını əhatə edən hesabatını təqdim edib.

Modern.az-ın məlumatına görə, C.Məmmədov bildirib ki, millət vəkili kimi ona edilən bütün müraciətlərinizə operativ cavab vermək və həlli istiqamətində addımlar atmaq əsas hədəfi olub.
O, daxil olan seçici problemləri və müraciətlərin qısa zamanda aidiyyatı qurumlara göndərildiyini qeyd edib.

“Bu məsələdə bir çox strukturlarla mütəmadi olaraq əməkdaşlıq etmişik. Biz fəaliyyətimizdə hər zaman şəffaflığı və obyektivliyi əsas tutaraq, seçicilərdən gələn bütün müraciətlərə həssas yanaşmağa çalışmışıq”.

Hesabata görə, deputata 6 ay ərzində yazılı olaraq 77, şifahi şəkildə 653, sosial şəbəkələr vasitəsilə isə 591 müraciət daxil olub. Müraciət edən hər bir şəxslə əlaqə yaradılıb, problemlər diqqətdə saxlanılıb.

Müraciətlər əsasən Cəbrayıl rayon İcra Hakimiyyəti, Əmək və Əhalinin Sosial Müdafiəsi, Təhsil, Daxili İşlər, Xarici İşlər, Müdafiə, Fövqəladə Hallar nazirliklərinə, Dövlət Gömrük Komitəsinə, “Azərsu”, “Azəriqaz” və digər qurumlara yönəldilib.

Hesabata görə, deputat ötən müddət ərzində əlillər, şəhid ailələri, aztəminatlı ailələrlə çoxsaylı görüşlər keçirib, onların qayğıları ilə maraqlanıb.

Bundan başqa, C.Məmmədov müxtəlif onlayn görüşlər və konfranslara da qatılıb, Milli Məclisi toplantılarında müxtəlif məsələlərlə bağlı çıxışlar edib.

Deputatın təşəbbüsü ilə 6 ayda 100 ailəyə ərzaq, 56 ailəyə maddi yardım göstərilib.

Millət vəkli bir sıra cəbhə bölgələrinə səfər edərək, yerli əhali ilə təmasda olub, şəhid məzarlarını ziyarət edib.

C.Məmmədov ötən müddət ərzində media ilə sıx münasibətlər qurub, müxtəliv KİV-lərdə müsahibələr, açıqlamalarla çıxış edib, sosial şəbəkələrdə bir sıra vacib məsələlərlə bağlı paylaşımlar edib.

Sizə yeni x var
Keçid et
ABŞ İrana qarşı HÜCUMA BAŞLADI - Paytaxt bombalanır - Xəbəriniz Var? - Media Turk TV