Modern.az

Qarabağ məktəblərində yeni ingilis dili layihəsinə start verilir! - FOTO

Qarabağ məktəblərində yeni ingilis dili layihəsinə start verilir! - FOTO

Aktual

15 Sentyabr 2020, 11:46

ABŞ-ın ölkəmizdəki səfirliyinin maliyyə dəstəyi ilə 2020-ci ilin son aylarında Speak Glocal platforması məcburi köçkün məktəblərində  inglis dilini tədris  edən müəllimlər üçün yeni layihəyə başlayacaq. Azərbaycan Respublikası Dağlıq Qarabağın Azərbaycanlı İcmasının təhsilə dəstək təşəbbüsü  fonunda bu layihə məcburi köçkün müəllimləri və şagirdlərini düzgün hədəflərə yönəltmək naminə sıx əməkdaşlıq bağları qurub.

 

"Speak Glocal" artıq 1 ildən çoxdur ki, fəaliyyət göstərən, Azərbaycanın bütün regionlarından 500ə yaxın innovativ təlim metodu ilə inglis dilini tədris edən müəllimlərdən ibarət cəmiyyət  formalaşdıran və peşəkarlığı yüksəldən platformadır.

 

Platforma dünya ilə sərbəst ünsiyyət qurmaq, 21-ci əsrin dəyişikliklərinə hazır olmaq və ən yaxşı təhsilə qapı açmağa kömək etmək məqsədini daşıyır. Beləliklə, şagirdlər ingilis dili müəllimlərinin daha yaxşı öyrədilməsindən bəhrələnəcək və bununla da, ingilis dili bacarıqlarını və iş qabiliyyətlərini artıracaqlar.

 

İlk “Speak Glocal” layihəsinin iştirakçısı - ingilis dili müəllimi Aysel xanımın hekayəsi

 

Aysel Ucar rayonunda yaşayan ingilis dili müəlliməsidir. Ayselin ingilis dilinə olan həvəsi ona xəyallar qurmağı, arzulamağı və hədəflərə doğru getməyi öyrətdi.

 

“O vaxt mən ingiliscə danışan insanları ancaq televizorda görmüşdüm, onların danışığından çox xoşum gəlirdi. İstəyirdim ki, böyüyəndə mən də onlar kimi ingilis dilində danışa bilim.”

 

Beləliklə, Azərbaycan Beynəlxalq Universitetinin inglis dili fakültəsini bitirdikdən sonra rayona qayıdan Aysel kənd məktəbində işə düzəlir. 

 

“Özümü inkişaf etdirmək üçün elə hey imkanlar axtarırdım. İndi ən böyük istəyim xarici ölkələrdən birində ingilis dili ilə bağlı təlimlərdə iştirak etməkdir.”

 

Ayselin arzusuna doğru atdığı ən böyük addımlarından biri “Speak Glocal” layihəsinin hər iki mərhələsindən keçib layihədə iştirak haqqı qazanmaq idi. Layihə çərçivəsində dörd günlük təlim üçün onun Bakıya gəlməsi lazım idi. Qaynanası həmrəylik göstərərək Ayselə dəstək oldu. 

 

“Speak Glocal layihəsində iştirak etmək həyatımda yeni mərhələ başlatdı. Rayonda qəlbimdə yatıb qalan arzularım yenidən çiçəkləndi, sönməkdə olan ümidlərim yenidən baş qaldırdı.”

 

Layihənin təşkilatçıları iştirakçıların bütün zəruri ehtiyaclarını təmin edərək onlara stimul verir, həvəsləndirirdi. Təlimçilər isə bir başqa motivasiya verirdilər. Ən əsası isə, iştirakçılara bu dilin dərinliklərini öyrətmək istədiklərini hər vəchlə hiss etdirirdilər. 

 

“Rayona o qədər yüksək həvəs və motivasiya ilə qayıtdım ki, izah etmək mümkün deyil. Bu gün də həvəslə bu təlimin növbəti mərhələsinin hansısa ingilisdilli ölkədə davam edəcəyinə və özümün də orada iştirak edəcəyimə ümidim sonsuzdur.”



ABŞ-ın ölkəmizdəki səfirliyinin maliyyə dəstəyi ilə 2020-ci ilin son aylarında Speak Glocal platforması məcburi köçkün məktəblərində  inglis dilini tədris  edən müəllimlər üçün yeni layihəyə başlayacaq. Azərbaycan Respublikası Dağlıq Qarabağın Azərbaycanlı İcmasının təhsilə dəstək təşəbbüsü  fonunda bu layihə məcburi köçkün müəllimləri və şagirdlərini düzgün hədəflərə yönəltmək naminə sıx əməkdaşlıq bağları qurub.

 

“Speak Glocal” platformasının təsisçisi Zara Hüseynova ölkəmizin  inkişafı və tərəqqisini  həm də təhsil vasitəsilə yüksəltməyin vacibliyini vurğulayır. "Speak Glocal”-ın məqsədi ingilis dili müəllimlərinin açıq təhsil platformasında bir-birilə təcrübə mübadiləsi aparması və yüksəl həvəslə peşəkar bacarıqlarını inkişaf etdirməsidir. Mənim həyatımda ingilis dili böyük rol oynamışdır. Bütün imkanlar, dünya ilə ünsiyyət, kitab və kurslar - hər şey dil biliyimin sayəsində gəlmişdi.


Qeyd edək ki, “Speak Glocal” platforması Azərbaycanda artıq 5 ildən çox fəaliyyət göstərən və 10.000-dən artıq qadın üçün 500-dən çox təlim, 40 kurs və layihə həyata keçirən "WoWoman" komandası tərəfindən yaradılıb. "WoWoman" platforması Facebook tərəfindən dünyanın top 100 cəmiyyətindən biri seçilmişdir. Platformanın təsisçisi Zara Hüseynova “Forbes 30 under 30” sosial sahibkarlar siyahısına daxil edilmişdir.


Layihələrlə bağlı məlumatlardan xəbərdar olmaq üçün aşağıda qeyd olunan sosial media kanallarını izləyə bilərsiz:


Speak Glocal Facebook səhifəsi:  //www.facebook.com/speakglocal

WoWoman Azərbaycan Facebook səhifəsi: //www.facebook.com/wowoman.org

Speak Glocal Instagram səhifəsi:  //www.instagram.com/speak.glocal/

WoWoman Azərbaycan Instagram səhifəsi: //www.instagram.com/wowoman_az/

Speak Glocal Facebook qrup: //www.facebook.com/groups/455775255357834

WoWoman Azərbaycan Facebook qrup: //www.facebook.com/groups/wowomanazerbaijan

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
ABŞ İrana qarşı HÜCUMA BAŞLADI - Paytaxt bombalanır - Xəbəriniz Var? - Media Turk TV