Modern.az

Sərnişin taksi sürücüsünü qarət etdi

Sərnişin taksi sürücüsünü qarət etdi

Aktual

15 Sentyabr 2020, 13:28

Sumqayıtda soyğunçuluq hadisəsi baş verib.

 

Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən Modern.az-a verilən məlumata görə, Sumqayıt Şəhər Polis İdarəsinin 2-ci Polis Bölməsinə müraciət edən Bakı şəhər sakini R.Hüseynov sentyabrın 10-da Kimyaçılar qəsəbəsi ərazisində idarə etdiyi “Toyota” markalı avtomobilə sərnişin qismində oturan bir nəfərin onun mobil telefonunu açıq talama yolu ilə aldığını bildirib.

 

Keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində soyğunçuluğu törətməkdə şübhəli bilinən şəhər sakini, əvvəllər məhkum olunmuş Ə.Əliyev müəyyən edilərək polis əməkdaşları tərəfindən saxlanılıb.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
İsrail qırıcıları İrana GİRİR - Şiddətli BOMBALANMA...